Bakı, 31 iyul, Ceyhun Alışov, AZƏRTAC
Seneqalın paytaxtı Dakarda maraqlı musiqi festivalı təşkil edilib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Afrikanının qədim və tarixi çalğılarından olan “Tamtamı” ritminin mahir ifaçısı, davulçu, seneqallı sənətkar Rose 85 yaşını səhnədə qeyd edib. Dakarda təşkil olunan “Davul və Dans” festivalında məşhur sənətçi səhnədə maraqlı şou ilə çıxış edib. Festivalda yerli orkestrin rep ifaçıları Alien Zik, Skillaz və Scienco Concept də iştirak ediblər. Amerikalı musiqiçilər Kevin Romain və Colin Hacklanderini ilə səhnədə “Tamtamı” ifa edən Rose böyük alqışlarla qarşılanıb. Diplomatik korpus nümayəndələri və xarici turistlərin də qatıldığı festival maraqlı anlarla yadda qalıb. Əsl adı Mamadou Ndiaye olan Rose UNESCO-nun “Yaşayan insan xəzinəsi” səhifəsinə daxil edilib. Qeyd edək ki, dörd həyat yoldaşı olan Rose 42 uşaq atasıdır.