Mərkəzi Afrika Respublikasının idman naziri qaçırılıb

20:47 25 Yanvar 2015
122 Dünya
Ölkə mətbuatı
A- A+

[ 25 Yanvar 2015 20:44 ]


Bakı-APA. Mərkəzi Afrika Respublikasının idman naziri Armel Sayo silahlılar tərəfindən qaçırılıb.

 

APA-nın xəbərinə görə, Anadolu Agentliyi nazirin kilsədən çıxarkən səkkiz nəfər silahlı tərəfindən qaçırıldığını yazıb.

 

Nazirin qaçırılmasını hələlik heç bir qeyri-leqal təşkilat öz üzərinə götürməyib.

 

Qeyd edək ki, Mərkəzi Afrika Respublikasında bundan əvvəl BMT əməkdaşı, Fransa humanitar təşkilatının işçisi və bir yerli din xadimi girov götürülüb, sonradan sərbəst buraxılıblar.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370315

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR