Bakı, 31 iyul, İbrahim Əsədov, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsi Avropa İttifaqının TEMPUS proqramı çərçivəsində “Azərbaycan, İsrail və Qazaxıstanda ekosistemlərin monitorinqi sahəsində təhsilin gücləndirilməsi” layihəsində uğurla iştirak etdirir.
BDU-dan AZƏRTAC-a bildirilib ki, 2013-2016-cı illəri əhatə edən layihəyə bu fakültə ilə yanaşı, Avropanın ali təhsil müəssisələri – Almaniya, Niderland və Estoniya universitetləri də qatılıblar.
Layihənin ümumi dəyəri 1 milyon 118 min avrodur.