Vyana, 1 avqust, AZƏRTAC
Dünyada edam cəzalarına qarşı mübarizə aparan “Nessuno Tocchi Caino” təşkilatının məlumatına görə, 2014-cü ildə dünya üzrə cinayət törətmiş 3576 şəxs üzərində edam cəzası tətbiq olunub. Edamların sayı 2013-cü illə müqayisədə (3511) 2014-cü ildə artıb.
Məlumatda bildirilir ki, ötən il dünyanın 22 ölkəsində edam cəzası gerçəkləşdirilib. Bu cəzanın icrasında artan tendensiyanı nəzərə alaraq təşkilat beynəlxalq ictimaiyyəti ölüm hökmünün hələ də qüvvədə olduğu ölkələrə təsir göstərməyə çağırıb.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana