Şok! Video-təlimlə diş həkimliyi etdi

Şok! Video-təlimlə diş həkimliyi etdi
03:06 26 Yanvar 2015
229 Digər
Ölkə mətbuatı
A- A+

Taylandın Pxrae şəhərində 21 yaşlı qadının qeyri-qanuni diş klinikası işlətməsi barədə polisə məlumat daxil olub.

ANS PRESS-in məlumatına görə, yerli polis klinikanı işlədən qadını polis bölməsinə aparıb.

Bölmədə verdiyi ifadə zamanı qadının nəinki bu sahədə təhsil almadığı, hətta daha əvvəl hər hansı bir diş klinikasında işləmədiyi məlum olub.

Qadın diş çəkmək də daxil bütün müalicə üsullarını “You-Tube” video paylaşım portalının yaydığı videolardan öyrəndiyini etiraf edib.

Gənc qadının etdiyi dələduzluq isə onun “müalicəsindən” ziyan görmüş xəstələrin şikayəti əsasında ortaya çıxıb.

Faktla bağlı polis istintaq başladıb və araşdırmalar davam edir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=321821

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR