Əhəd Abıyev Elza Seyidcahana zəng edib üzr istədi - AÇIQLAMA

Əhəd Abıyev Elza Seyidcahana zəng edib üzr istədi - AÇIQLAMA
18:58 26 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevlə əməkdar artist Elza Seyidcahan arasında olan qalmaqal başa çatıb. Lent.az-a açıqlama verən E.Seyidcahan deyib ki, Ə.Abıyev dünən ona zəng edib: “Bu mövzu ilə bağlı ötən gün sizin saytınıza verdiyim açıqlamadan sonra Əhəd bəy mənə zəng etdi və üzr istədi. Söylədi ki, barəmdə o cür sözlər söyləməyib, sadəcə onun açıqlaması şişirdilib".

 

Elza sözlərinə belə davam edib: "Mənlə danışanda çox həyəcanlı idi, narazılığını bildirdi. Söylədi ki, mən sizin işlərinizi, layihələrinizi bəyənirəm. Hər zaman qapılarım sizin üzünüzə açıqdır. Gələcəkdə sizi Daşkəsənə dəvət edirəm ki, burada konsert verəsiniz. Hətta bildirdi ki, gələcəkdə sizin kimi sənətçinin millət vəkili olması onu sevindirər. Əhəd bəyin məndən üzr istəməsi onun böyüklüyündən xəbər verir”.

 

E.Seyidcahan onu da əlavə etdi ki, bu açıqlamanı vermək üçün Ə.Abıyevdən razılıq alıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR