ANS PRESS-in məlumatına görə, təcili tibbi yardım maşını məcburi köçkünlərin məskunlaşdıqları cəbhə xəttindəki Qayıdış qəsəbə xəstəxanasının balansına götürülüb. Bu günə kimi təcili tibbi yardım maşını olmayan qəsəbə sakinləri bu xəbəri sevinc hissi ilə qarşılayıblar.

Xəstəxananın işçiləri
Qəsəbə sakinləri bildiriblər ki, rayonda təcili tibbi yardım (Ambulans) maşınlarının sayının azlığı, mövcud təcili yardım maşınlarının müasir tələblər səviyyəsində olmaması, keçmiş sovet istehsalı olub istismar müddətini başa vurması, ərazinin genişliyi, müraciətlərin çoxluğu bu sahədə işin təşkilini çətinləşdirdi. Gecə çağırışları, xüsusilə Horadiz şəhəri ilə Qayıdış qəsəbələri arasındakı məsafənin 50 km-dən çox olması çağrışlara vaxtında cavab verilməsində çətinliklər yaradırdı ki, bu da xəstə sahiblərinin haqlı narazılığına səbəb olurdu.
İndi yeni təclili tibbi yardım avtomobilinin verilməsi ilə qəsəbədə yaşayan məcburi köçkünlərin bu problemləri həll olunub.
İşğaldan azad olunmuş ərazidə ölkə başçısı İlham Əliyevin tapşırığı ilə əhalinin normal yaşaması üçün hər cür şərait yaradılıb. Qəsəbələrdə məskunlaşan məcburi köçkünlərin işıq, qaz, su və digər məişət qayğıları təmanasız olaraq həll olunub, əahali yeməkxərci müavinəti alır, qaçqınlar və məcburi köçkünlər üçün nəzərdə tutulan bütün güzəşt və imtiyazlardan istifadə edirlər.
Qəsəbələrin hər birində məktəb, uşaq bağçası, həkim məntəqəsi, mədəniyyət evi, kitabxana, fəaliyyət göstərir.
Əhalinin sosial müdafiəsinə xidmət edən çoxsaylı xidmətləri füzulililərin ölkə rəhbərliyinə olan inamı güclənir, Füzuliyə qayıdışın böyük əsası olduğu inamını artırır.

Yeni təcili tibbi yardım maşını
