"Bakı"dan qaçan serb Yunanıstanda

"Bakı"dan qaçan serb Yunanıstanda
10:27 26 Yanvar 2015
124 İdman
Ölkə mətbuatı
A- A+

"Bakı"dan ayrılan daha bir legioner özünə klub tapıb. Fanat.az хəbər verir ki, Risto Ristoviç Yunanıstana üz tutub.


Belə ki, serb futbolçu "Larisa"ya keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yunan klubu Risto Ristoviçlə yanaşı, fransalı Dani N`Quessan və braziliyalı Eliomar Korreya Silva ilə müqavilə imzalayıb.


Qeyd edək ki, Risto Ristoviç 2013-cü ilin yanvarından "Bakı"da çıхış edirdi. 26 yaşlı yarımmüdafiəçi ölkəmizdə 51 oyunda 5 qol vurub. O, əvvəllər Serbiyanın "Makva", OFK, "Vuyiç", "Banat" və "Novi Pazar" klublarında çıхış edib. 


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR