Tədris ilini uğurla bitirən həkim-mütəxəssislərə rezidentura təhsili diplomları veriləcək

12:47 26 Yanvar 2015
100 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Yanvar 2015 12:42 ]


Bakı. Fərid Mirzəyev – APA. 2013-2014-cü tədris ilində rezidentura təhsilini bitirib yekun attestasiyadan müvəffəqiyyətlə keçmiş həkim-mütəxəssislərə rezidentura təhsili diplomları təqdim olunacaq. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Azərbaycan Tibb Universitetinin rezident məzunları diplomlarını əldə etmək üçün 26-30 yanvar tarixlərində kitabxanadan akademik borcun olmaması haqqında arayışı təqdim etməlidirlər. Digər klinik bazaların rezident məzunları isə 2-6 fevral tarixlərində saat 10.00-dan 13.00-dək Bakıxanov küçəsi 23 ünvanında yerləşən Azərbaycan Tibb Universitetinin rezidentura şöbəsinə (3-cü mərtəbə) müraciət etməlidirlər.

 

Diplomu götürmək üçün şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Diplomlarını almaq istəyənlər (012) 597-44-83 nömrəsi ilə əlaqə saxlaya bilərlər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370355

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR