Müğənni İlhamə Qasımova toy məclislərinə getməməyinin səbəbini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “Yeri gəlmişkən” verilişində buna həyat yoldaşının icazə vermədiyini etiraf edib:

“Bizim ailədə problem mənim məclisə qatılmağım üstündə olur. Mən tədbirlərə qatılmıram. Pul xətrinə hara gəldi gedə bilmərəm. Mənə icazə verilmir ki, 15-20 nəfərlik bir məclisə qatılıb, onların qarşısında oxuyum. Özüm də buna etiraz edirəm”.