Uzun sürən komadan sonra iyulun 26-da dünyasını dəyişən əfsanəvi müğənni Uitni Hyustonun qızı Bobbi Kristina Braunun xəstəxanadan sonuncu fotosu yayılıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 6 ay yaşamaq uğrunda mübarizə aparan Bobbinin şəkli “National Enqurier” jurnalında çap olunub. Fotoda müğənninin qızı həyatının sonuncu dəqiqələrini yaşayır. Şəkil jurnal tərəfindən Kristinanın ailə üzvlərindən 100 min dollara alınıb.

Dərgidən növbəti saylarında onun insanı şoka salan digər fotolarının yayımlayacağını bildirilib.

Qeyd edək ki, Bobbi Kristina Braun əri Nik Qordon tərəfindən hamamda huşsuz vəziyyətdə tapılmış və xəstəxanaya yerləşdirilmişdi. Kristina mərhum anasının yanında dəfn olunub.

Uitni Hyustonun qızının xəstəxanadan sonuncu fotosu