Partlayış nəticəsində 6 nəfər həlak oldu

Partlayış nəticəsində 6 nəfər həlak oldu
15:31 6 Avqust 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

Əfqanistan bu səhəri də partlayışl aaçdı. ANS PRESS-in məlumatına görə, ölkənin şərqindəki Lövgər vilayətinin Puli-Aləm şəhərində kamikadze tərəfindən terror aktı törədilib. Partlayış nəticəsində ən azı 8 nəfər, o cümlədən üç polis əməkdaşı həlak olub.

Daha beş polisin yaralandığı bildirilir. Partlayış nəticəsində 500 metr radiusunda yerləşən binaların şüşələri sınıb.


Terror aktının baş verdiyi ərazi


"Taliban" hərəkatı terror aktına görə məsuliyyəti üzərinə götürüb. Bu molla Axtar Mənsurun təşkilatın rəhbəri seçildiyindən sonra həyata keçirilən ilk hücumdur.

Mənsurun hərəkatın lideri təyin edilməsindən sonra qruplaşmanın tarixində ilk aşkar parçalanma baş verib. Taliblərin bir qismi onun qeyri-leqitimliyi bərədə bəyanatlar yayıb.

Təşkilatın əvvəlki lideri molla Məhəmməd Ömər 2013-cü ilin aprel ayında vəfat etsə də onun ölümü barədə xəbər yalnız ötən həftə təsdiqlənib. Ömər "Taliban" hərəkatına 20 il ərzində başçılıq edib.


Hücum nəticəsində baş verən dağıntılar

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=357284

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR