İradəni özündən çıxardılar: "Xortdana oxşayırsan"

İradəni özündən çıxardılar: "Xortdana oxşayırsan"
13:12 26 Yanvar 2015
82 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni İradə İbrahimova həyat yoldaşının geyimlərinə irad tutmadığını deyib.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, sənətçi “Onlar” verilişinə açıqlamasında paltarlarını bahalı brendlərdən aldığını bildirib:
 
“Sosial şəbəkədə yazırlar ki, çox arıqlamısan, “xortdana oxşayırsan”… Həmcinslərimin mənə belə sözlər yazmasından dəhşətə gəlirəm. O qadının cəmiyyətə verə biləcəyi övlad necə olacaq? Gəlsin üzümə desin, görüm bacarır? Mənə tərif, alqış yağdırmağınızı istəmirəm. Səhnədə ora-buramdan ət sallanacaqsa, elə arıq olum. Başqaları efirə o cür çıxırlar, amma belə olmaz. Geyimlərimi açıq hesab etmirəm. Səhnədə belə geyinməyib harada geyinəcəm? Həyat yoldaşım heç vaxt libaslarıma qarışmır. Ona qısqanmağa səbəb vermirəm. Nəyisə bəyənməyəndə deyir: “Sənə belə rahatdır?” Artıq başa düşürəm ki, xoşlamır. Heç vaxt imkan vermirəm ki, mənə irad tutsun. Geyimlərimi özəl brendlərdən alıram. Bakıya gəlməzdən əvvəl Türkiyədə bir çox məşhurun seçdiyi brenddən alış-veriş etdim. İstəyirəm burada hər çəkilişə fərqli libasda çıxım”.
 
İ.İbrahimova aksesuarlarının eksklüziv olduğunu deyib:

“Bunları Türkiyədən almışam. Mağazada satışda yoxdur. Ancaq kataloqla sifariş edilir”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/320996.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR