Qadının ən yaxşı kosmetikası ehtirasdır - FOTO

Qadının ən yaxşı kosmetikası ehtirasdır - FOTO
22:12 6 Avqust 2015
Ölkə mətbuatı
A- A+

İv Sen Loran qadınlara ilk dəfə smokinq və şəffaf bluzlar geyindirən, trapesiya formasında qadın libası və safari tərzini yaradan dizaynerdir. Bütün həyatı boyu depressiya, intihara meyillilik və narkotiklərə bağlılıqla mübarizə aparan dizayner Parisi dünyanın dəb mərkəzinə çevirənlərdən biri olub.  1936-cı il avqustun 1-də Əlcəzairdə zəngin bir ailədə anadan olub.  Laurent məktəbi bitirdikdə Parisə köçüb və qısa zamanda orada öz layiqli yerini tutub. 

İv Sen Loran 50 illik karyerası ərzində ən ağlasığmaz moda inqilablarına imza atıb. Məşhur modelyer həyatının son yarım ilini ağır xəstəliklə mücadilə verərək keçirib. Ancaq bu mübarizədən uğursuz çıxaraq 2008-ci ilin iyununda ölümə təslim olub. Parisdəki evində beynindəki bədxassəli şişdən vəfat edib.
 
Milli.Az publika.az-a istinadən bu dahi dizaynerin moda tarixinə həkk olunan ən maraqlı sitatlarını təqdim edir:
 
Təəssüf
 
Bu həyatda mən yalnız ona heyfsilənirəm ki, cinsi mən yaratmamışam. Onlarda mənim öz geyimlərimdə görmək istədiyim bütün yaxşı cəhətlər toplanıb: ekspressiya, sadəlik, təvazökarlıq, seksuallıq.
 
Sevgi
 
Sevən kişinin sevgi dolu qucağı qadın üçün ən yaxşı geyimdir. Mən bundan məhrum olanlar üçün varam.
 
Moda qurbanları haqqında
 
Moda qurbanına çevrilmiş qadın görmək mənə fiziki ağrı verir.
 
Dəyişikliklər barədə
 
Mən öz dövrümdə baş verən dəyişikliklərdə iştirak etmişəm. Bunu, əlbəttə ki, geyim vasitəsilə edirdim. Bu, musiqi, memarlıq, rəssamlıq qədər əhəmiyyətli deyil... Amma bunu etməyə dəyərdi.
 
Stil vacibliyi haqqında
 
Mən həmişə inanmışam ki, stil dəbdən daha vacibdir. Təəssüf ki, öz stilini yaradıb, onu dəbə çevirə bilən insan çox azdır.
 
Moda fəlsəfəsi
 
Dəbin əsas fəlsəfəsi qadını gözəl göstərmək deyil. O qadını həm sakitləşdirməli, həm də özünə əmin etməlidir.
 
Qadın ehtirası haqqında
 
Qadının ən yaxşı kosmetikası ehtirasdır. Lakin kosmetikanı almaq daha asandır.
 
Paltar
 
Yalnız uzun illər keçəndən sonra öyrəndim ki, paltar əsas deyil, mühüm olan onu geyinən qadındır.
 
İnterpretasiya incəlikləri haqqında
 
Eleqantlığı heç vaxt snobizmlə (Snobizm -Yüksək vəzifədə olmayıb, onlar kimi davranan və onlar kimi görünməyə çalışan, yüksəlmək xəyalları quran şəxslərin mənimsədiyi mədəniyyətdir) qarışdırmaq olmaz.
Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/361314.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR