FHN-in xilasediciləri Samur-Abşeron kanalında batan şəxsin axtarışını Ceyranbatan su anbarında da davam etdirirlər

22:13 6 Avqust 2015
64 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 6 avqust, AZƏRTAC
Son günlər bəzi kütləvi informasiya vasitələrində 1995-ci il təvəllüdlü Paşayev Rövşən Vüqar oğlunun yanlışlıqla Ceyranbatan su anbarında batması və bu barədə müxtəlif qeyri-dəqiq fikirlər səslənməkdədir.
Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cari il iyulun 30-da FHN-in “112” qaynar telefon xəttinə Samur-Abşeron kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində 1995-ci il təvəllüdlü Paşayev Rövşən Vüqar oğlunun batması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal həmin şəxsin axtarışına başlanılıb. Kanalın su axınının batan şəxsi Ceyranbatan su anbarına gətirməsi ehtimalını nəzərə alaraq, avqustun 1-dən FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri axtarışı anbarda davam etdiriblər. Göstərilən tarixdən bu günə kimi hər iki qurumun dalğıc-xilasediciləri fasiləsiz olaraq axtarış işlərini davam etdirirlər.
Axtarış işlərinin gedişi və nəticəsi haqqında ictimaiyyətə əlavə məlumat veriləcək.
Nazirlik bildirir ki, Ceyranbatan su anbarı FHN tərəfindən ən müasir texnologiyalar tətbiq edilməklə yüksək səviyyədə mühafizə olunur və anbarın ərazisinə hər hansı kənar şəxsin daxil olması və ya burada çimməsi qeyri-mümkündür.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/FHN_in_xilasedicileri_Samur_Abseron_kanalinda_batan_sexsin_axtarisini_Ceyranbatan_su_anbarinda_da_davam_etdirirler-875956

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR