Samux rayonunun Kürqırağı kəndlərinə qaz xətti çəkilir

Samux rayonunun Kürqırağı kəndlərinə qaz xətti çəkilir
13:23 7 Avqust 2015
Ölkə mətbuatı
A- A+


Samux, 7 avqust, AZƏRTAC
Samux rayonunun Kür çayı ətrafında yerləşən kəndlərinə qaz xəttinin çəkilişi sürətlə davam etdirilir. Cari ilin əvvəlindən başlanan quraşdırma işləri artıq Yenikənd kəndində başa çatdırılıb. Hazırda 300 sakini olan Lüksemburq kəndində qazlaşdırma işləri davam etdirilir.
Rayon qaz-istismar sahəsinin rəisi Mehman Rəhimov AZƏRTAC-a deyib ki, rayon mərkəzindən 30 kilometr aralıda yerləşən Yenikənd, Lüksemburq və Qırmızı Samux kəndlərində, ümumilikdə 930 təsərrüfatda 4200 nəfər əhali yaşayır. İlin sonunadək bu kəndlərin “mavi yanacaq”la təmin edilməsi nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Samux_rayonunun_Kurqiragi_kendlerine_qaz_xetti_chekilir-876028

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR