AzTV-də "Səs Azərbaycan" musiqi yarışmasının seçim turları başlayıb

AzTV-də "Səs Azərbaycan" musiqi yarışmasının seçim turları başlayıb
13:48 7 Avqust 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 avqust, AZƏRTAC
AzTV-də "Səs Azərbaycan" ( "The Voice") musiqi yarışmasının seçim turları başlayıb. Artıq bu barədə məlumat televiziyanın www.aztv.az saytında yerləşdirilib.
"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səsinə güvənən və ifaçılıq qabiliyyətinə malik şəxslər www.aztv.az saytında yaradılmış xüsusi bölmədə qeydiyyatdan keçərək, müsabiqədə iştirak edə bilərlər. Bundan başqa, "Səs Azərbaycan" layihəsinə qatılmaq və əlavə məlumat əldə etmək üçün 012 492 27 27 qaynar xətti də mövcuddur.
Qeyd edək ki, indiyə qədər "The Voice" dünyanın 50-dən çox ölkəsinin ən nüfuzlu telekanallarında nümayiş olunub və beynəlxalq musiqi aləminə yüzlərlə unikal, gözəl, mükəmməl səs və maraqlı performans bəxş edib. Milyonlarla tamaşaçı ordusu toplayan, izləmə rekordu qıran bu məşhur layihə ilk dəfədir ki, Azərbaycan teleməkanında keçirilir. Yeni televiziya mövsümündən başlayaraq, tamaşaçılar AzTV-nin efirində əsrarəngiz səs sahiblərinin aşkara çıxarılması mərhələsini izləyə biləcəklər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AzTV_de__quotSes_Azerbaycan_quot_musiqi_yarismasinin_sechim_turlari_baslayib-876034

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR