Narkotik qaçaqmalçılığının qarşısı alınıb

14:03 7 Avqust 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 avqust, AZƏRTAC 
Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından ölkəmizə piyada yolla gələn Azərbaycan vətəndaşı Səxavət Əhmədovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 4 ədəd bükümdə, ümumi xalis çəkisi 41,050 qram olan narkotik vasitə - tiryək aşkar olunub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, İrandan ölkəmizə piyada yolla gələn digər Azərbaycan vətəndaşı Aqşin Şahbazlının üzərində şəxsi yoxlama zamanı isə onun daxili orqanından (düz bağırsağından) 2 ədəd bükümdə, ümumi xalis çəkisi 21,275 qram olan narkotik vasitə - heroin və xalis çəkisi 4,028 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Narkotik_qachaqmalchiliginin_qarsisi_alinib-876042

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR