Azərbaycanlı tələbə Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda təcrübə keçib

Azərbaycanlı tələbə Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda təcrübə keçib
16:33 7 Avqust 2015
48 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 avqust, İbrahim Əsədov, AZƏRTAC
Rusiya Federasiyasının Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (BNTİ) elmi-tədris mərkəzində tələbə təcrübəsi keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildiriblər ki, həmin tədbirdə AMEA-nın Fizika İnstitutunun magistrantı Sevil Məhərrəmova da iştirak edib. S.Məhərrəmova, eyni zamanda, BNTİ-nin laboratoriyasında “Sirkə milçəyinin paratelomer sarı genindən ionizasiya olunmuş şüalanma nəticəsində mutasiya zədələnmələrinin Polimeraz Zəncir Reaksiyası metodu vasitəsilə analizi” layihəsi üzrə iş aparıb.
Tələbə təcrübəsinin məqsədi BNTİ-yə üzv və ya onunla xüsusi müqavilə əsasında əməkdaşlıq edən dövlətlərin magistr və doktorantlarının qurumun müxtəlif laboratoriyalarında aparılan elmi tədqiqatlara cəlb olunmasından ibarətdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanli_telebe_Dubna_seherindeki_Birlesmis_Nuve_Tedqiqatlari_Institutunda_tecrube_kechib-876085

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR