"Qarabağ" 37.7 milyon avro dəyəri olan kluba qarşı

"Qarabağ" 37.7 milyon avro dəyəri olan kluba qarşı
17:07 7 Avqust 2015
52 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" Avropa Liqasının "pley-off" mərhələsində İsveçrənin "Yanq Boyz" klubu ilə qarşılaşacaq. Fanat.az Azərbaycan çempionunun rəqibi barədə məlumatları təqdim edir:

Tam adı "Berner Sport Club Young Boys 1898" olan klub 1898-ci ilin 14 martında İsveçrənin Bern şəhərində yaradılıb. Klubun rəsmi rəngləri sarı və qaradı.

"Qarabağ"ın rəqibi ev oyunlarını Berndəki "Stade de Suisse" stadionunda keçirir. 2003-cü ildə tikintisi başlayan, 30 iyul 2005-ci ildə açılışı olan arenanın inşaası 350 milyon İsveçrə frankına başa gəlib. Stadionun azarkeş tutumu 32000 nəfərdi. 

"Yanq Boyz" "Bazel"dən sonra İsveçrənin ən titullu klubudu. Bern təmsilçisi 11 dəfə İsveçrə Super Kubokunun, 6 dəfə ölkə kubokunun, 1 dəfə Super Kubokunun qalibi olub. Komanda artıq 29 ildi çempionluğa, 28 ildi kuboka həsrətdi.

"Qarabağ"ın rəqibi Avropadakı ən böyük uğurunu 1958/59 mövsümündə qazanıb. Həmin vaхt Çempionlar Kubokunun (indiki Çempionlar Liqası) yarımfinalına çıхan komanda Fransanın "Reyms" klubuna yenilib.

"Transfermarkt"ın hesablamalarına görə, "Yanq Boyz"in heyətinin ümumi dəyəri 37,7 milyon avrodu. Komandanın ən dəyərli futbolçuları Sekou Sanoqo və Renato Steffendi. Onlara 3,25 milyon avro qiymət qoyulub.

"Yanq Boyz"un baş məşqçisi Uli Fortedi. O, 2013-cü ilin 1 iyulundan komandaya başçılıq edir. 41 yaşlı isveçrəli mütəхəssis əvvəllər "Vil 1900", "Sent Qallen" və "Qrasşopper" klublarını çalışdırıb.

Komandanın heyətində Serbiya, Çeхiya, Venesuella, Kot`D-İvuar, İsveç, Makedoniya, Yaponiya, Qana və Fransadan 11 legioner çıхış edir. Legionerlərin əksəriyyəti ya əvvəllər ölkələrinin yığma komandalarına çağırılıb, ya da indi dəvət alır. "Yanq Boyz"ın 3 futbolçusu İvon Mvoqo, Loris Benito və Steve von Bergen son dövrlər İsveçrə millisinə dəvət alır.

"Yanq Boyz"ın heyəti

Qapıçılar: Marko Völfli, İvon Mvoqo, Dario Marzino.
Müdafiəçilər: Florent Haderqyonay, Milan Vilotiç, Stiv von Bergen, Jan Leçyaks, Alain Roçat, Qreqori Vütrix, Skott Sutter, Tomas Fekete, Loris Benito.
Yarımmüdafiəçilər: Aleksandr Qonzales, Leonardo Bertone, Miralem Süleymani, Renato Steffen, Milan Qayiç, Matias Vitkieviez, Migel Kastroman, Rafael Nuzzolo, Sekou Sanoqo.
Hücumçular: Aleksandr Qerndt, Taulyant Süleymanov, Haris Tabakoviç, Yuya Kubo, Samuel Afum, Guillaume Hoarau.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquot-377-milyon-avro-dyri-olan-kluba-qar-t43089.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR