Azərbaycanda pullu təhsil alan tələbələrə təqaüd ala bilər

Azərbaycanda pullu təhsil alan tələbələrə təqaüd ala bilər
17:41 7 Avqust 2015
6924 Digər
Ölkə mətbuatı
A- A+

"Bu gün bizdə dövlət sifarişi ilə, yəni pulsuz təhsil alan 4 il
ərzində pulsuz oxumaqla yanaşı həm də dövlətdən təqaüd alır. Pullu, yəni ödənişli
təhsil alan isə ala bilmir. Biz bu sistemi rəqabət mühiti üçün ədalətsiz bir sistem
hesab edirik".

Bunu ANS-ə müsahibəsində təhsil naziri Mikayıl Cabbarov deyib. Mirşahin Ağayevə açıqlamasında nazir onların hər ikisinin eyni vəziyyətdə olmalı və təqaüd tələbənin
akademik göstəricilərindən asılı olaraq ödənilməli olduğunu deyib.

Təhsil nazirinin sözlərinə görə, məzunlar qəbul olmaq üçün necə
rəqabət aparırlarsa, bu təqaüd üçün də rəqabət aparmalıdırlar. "Və ən uğurluya, ən
bilikliyə mən dövlət tərəfindən dövlət təqaüdünü ödəyəcəyəm".

M.Cabbarov vurğulayıb ki, bu, tələbələr arasında
rəqabət mühiti yaradar, onların istər-istəməz nailiyyətlərinin artmasına xidmət edər.

"Burada sosial ədalət məsələsi var, ona görə ki təhsil sosial
lift funksiyasını oynayır. Bu gün bizdə elə ailələr, elə təbəqə var ki, bu gün onun
övladı akademik biliyə malikdir, müvafiq balı yığır, digərlərindən daha çox bal
yığıbdır və haqlı olaraq dövlət tərəfindən həmin o təhsil qrantını, hansı ki, biz o
təhsili “dövlət sifarişli” adlandırırıq, əldə edibdir. Biz ona el arası “pulsuz təhsil”
deyirik, əslində o pulsuz təhsil deyil, o pullu təhsildir, sadəcə olaraq o təhsilin pulunu
dövlət ödəyir qrant kimi. Bu sistemin mən təbii olaraq qorunmasının tərəfdarıyam
və düşünürəm ki, ən yüksək nəticə göstərənlərə o balı, o qrantı, pulsuz təhsil
hüququnu veririk və mən onu birmənalı şəkildə qorunub saxlanmasının
tərəfdarıyam, lakin biz bir məsələdə artıq islahata başlamışıq".




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=357387

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR