Bakı, 7 avqust, AZƏRTAC
"Bizim gücümüz birliyimizdədir" adlı genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbir keçiriləcək.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, komitə tərəfindən Azərbaycan ailəsinə xas dəyərlərin, sağlam həyat tərzinin təbliği, ailələrin asudə vaxtının səmərəli təşkili məqsədilə təşkil olunan tədbir avqustun 10-da Heydər Parkında keçiriləcək.