Ötən il Azərbaycanda 2 milyardlıq qaz satılıb

Ötən il Azərbaycanda 2 milyardlıq qaz satılıb
16:26 26 Yanvar 2015
87 Ölkə
Ölkə mətbuatı
A- A+

2014-cü ildə əhali sektoru üzrə 85 minə yaxın qaz abunəçisi qeydiyyata alınıb.

Dövlət Neft Şirkətindən ANS PRESS-ə verilən məlumata görə, yola saldığımız 2014-cü il ərzində ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 84 757 yeni abonent qeydiyyata alınıb ki, bunun da 44656-ı Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun, 40101-i isə regionların payına düşüb.

Təkcə dekabr ayı ərzində 7448-i Bakı, Sumqayıt və Abşeronda, 3972-i isə regionlarda olmaqla 11420 yeni abonent qeydiyyata alınıb.

2014-cü il ərzində əhali sektoru üzrə 2 473 576 546 kubmetr həcmində təbii qaz satılmış və qarşılığında vəsaitin toplanması 101,08 faiz təşkil edib. Ötən ilin dekabr ayı ərzində 404 077 097 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 89,2 faiz vəsait toplanıb. Bu onunla əlaqədardır ki, 2014-cü ilin payız-qış mövsümündə tələbatın artması ilə əlaqədar əhaliyə satılan qazın həcmi çoxalıb və bu səbəbdən istehlak edilmiş qazın dəyəri abonentlər tərəfindən tam ödənilməyib.

Təcrübə göstərir ki, bu mövsümdə yaranan debitor borclar növbəti ilin yaz-yay mövsümündə abonentlər tərəfindən ödənilir. Güzəştsiz əhali üzrə 2014-cü ilin 1 yanvar tarixinə olan debitor borclar 12 ay ərzində 1,6 faiz azalıb.

Eyni zamanda 2014-cü il ərzində qeyri-əhali sektoru üzrə 2 milyard 18 milyon 529 min 148 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 93,71 faiz vəsait toplanıb.

Qeyd edək ki, 01 yanvar 2015-ci il tarixə olan məlumata görə, əhali sektoru üzrə 120 min 650 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunmaqdadır.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR