Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Türkiyə şou-biznesinə qatılır. ANS PRESS-in məlumatına görə, gənc müğənni qardaş ölkənin ən oxunaqlı saytlarından olan “Uçankuş”a açıqlamasında Türkiyədə şou biznesə qatılacağını bildirib.

İlqarə Kazımova İstanbulda olmasının klip çəkilişləri ilə bağlı olduğunu deyib. O, Türkiyənin ən məşhur rejissorlarından biri ilə çalışacaq.

Türkiyə mətbuatı Aygünün qızından yazdı (FOTO)
İlqarə Kazımova


Diqqətçəkən məqam isə türk mediasının müğənni haqda eksklüziv xəbər verməsi olub. Məlum olub ki, İlqarə Türkiyədə layihə gerçəkləşdirmək haqda düşünür.Müğənni həmin sualı belə cavablandırıb.

“Hələ yolum çox uzundur, qarşıda hər şey ola bilər”.

Xəbərdə həmçinin İlqarə Kazımovanın ilk lirik mahnısı olan “Parçalanmış arzular”dan da söz açılıb.


İlqarə - "Parçalanmış arzular"


Türkiyə mətbuatı Aygünün qızından yazdı (FOTO)