x
Loading...

"PAŞA Bank"ın dəstəyi ilə keçirilən "Banklar fəaliyyətdə" layihəsinin təlimlər hissəsi başa çatıb

"PAŞA Bank"ın dəstəyi ilə keçirilən "Banklar fəaliyyətdə" layihəsinin təlimlər hissəsi başa çatıb
10:58 10 Avqust 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 10 avqust, AZƏRTAC
"PAŞA Bank" və Azərbaycan Gənclərinin Nailiyyəti (Junior Achievement Azerbaijan - JAA) İctimai Birliyinin birgə təşkil etdiyi "Banklar fəaliyyətdə" layihəsinin təlimlər hissəsi başa çatıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bu ilin mayında başlamış layihədə iştirak üçün Azərbaycanın üç universitetindən 30 tələbə seçilib. Tələbələrin seçimi ixtisas, məntiq və xarici dili bilikləri əsasında aparılıb. Üç mərhələdən ibarət olan layihənin birinci mərhələsi Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə təşkil olunub. Bu mərhələdə tələbələr Mərkəzi Bankın əməkdaşlarının apardığı təlimlərdə iştirak edərək bank nəzarəti, maliyyə sabitliyi, fiskal siyasət, maliyyə bazarlarının strukturu və bazar əməliyyatları, ödəniş sistemləri və nağdsız hesablaşmalar haqqında nəzəri biliklərini genişləndiriblər.
İctimai Birliyin "Banklar fəaliyyətdə" təlim proqramı əsasında təşkil edilmiş ikinci mərhələ iştirakçılar peşəkar təlim proqramı və simulyasiya oyunları vasitəsilə bank sektorunun prinsiplərini öyrənib, maliyyə strukturu, bank sistemində mövcud risklər və onların idarə edilməsi mexanizmləri ilə tanış olublar. Bu mərhələdə modelləşdirilmiş biznes üzrə müsabiqə keçirilir. Modelləşdirmədə iştirak edərkən tələbələr qrup şəklində virtual bir bankı idarə edir və həmin bankın strategiyası və fəaliyyətinə dair müxtəlif iqtisadi qərarlar qəbul edirlər.
Üçüncü mərhələdə fəallığı ilə seçilən tələbələr ilin sonunadək "PAŞA Bank"da təcrübə keçmək imkanını əldə edəcəklər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotPASA_Bank_quotin_desteyi_ile_kechirilen__quotBanklar_fealiyyetde_quot_layihesinin_telimler_hissesi_basa_chatib-876417

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR