Hesablama Palatası kollegiyasının növbəti iclası keçirilib

Hesablama Palatası kollegiyasının növbəti iclası keçirilib
16:48 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc
Hesablama Palatası kollegiyasının növbəti iclası keçirilib.
Palatadan AzərTAc-a bildiriblər ki, iclasda dövlət əsaslı vəsait qoyuluşundan “Bakıelektrikşəbəkə” ASC-yə ayrılan vəsaitlərin istifadəsinə, Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsinin maliyyə-təsərrüfat əməliyyatlarının, eləcə də, dövlət gəlirlərinin yığılmasının və dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna, həmçinin Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi üzrə gəlir və xərclərin və şöbənin saxlanılması xərclərinin icrasına dair audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
İclasda, həmçinin müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.
Kollegiyada, eyni zamanda, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən dövlət büdcəsinin gəlirlərinin hesablanması və dövlət büdcəsinə ödənilməsinin, eləcə də dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna dair; dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Xətai Rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair; Naxçıvan Muxtar Respublikasının büdcəsindən Naxçıvan Dövlət Texniki Kollecinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə və büdcədənkənar vəsaitlərin icrasına dair; Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin formalaşması və istifadə vəziyyətinə dair analitik təhlil üzrə audit proqramları təsdiq olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR