Bakı, 10 avqust, AZƏRTAC
Avqustun 11-də "Art cinema club" layihəsi çərçivəsində Gəncə şəhər Heydər Əliyev Mərkəzində "Frida" filmi nümayiş olunacaq. Rus dilində göstəriləcək filmə giriş sərbəstdir.
Layihənin rəhbəri AZƏRTAC-a bildirib ki, mərkəzin dəstəyi ilə layihə çərçivəsində mütəmadi olaraq rəssamlar, yaradıcı şəxsiyyətlər, incəsənət haqqında filmlər təqdim ediləcək.