Azərbaycanda ana olmaq istəyənlərin nəzərinə

Azərbaycanda ana olmaq istəyənlərin nəzərinə
17:16 26 Yanvar 2015
120 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda doğuşa qədərki analıq məzuniyyətinin müddəti ilə doğuşdan sonrakı məzuniyyət müddətinin hər ikisini 70 günə çatdırmaq təklif olunur.

ANS PRESS-in məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev Trend-ə bildirib ki, parlamentin yaz sessiyası zamanı bu məsələni gündəmə gətirəcək.

Təklifin işləyən qadınların sosial müdafiəsinin gücləndirilməsinə yönəldiyini deyən millət vəkili qeyd edib ki, bununla bağlı Əmək Məcəlləsinə əlavə və dəyişiklik etmək lazımdır: “Bilirsiniz ki, indi Azərbaycanda doğuşa qədərki müddət 70 gün, doğuşdan sonrakı müddət isə 56 gündür. Belə təklif var ki, ümumilikdə bu müddəti 140 günə çatdıraq. Bu məsələni qaldıracağam. Əgər Maliyyə Nazirliyi tərəfindən ciddi problemlə qarşılaşmasa, bu məsələni də aktuallaşdırmağın məqamı çatıb”.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=321962

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR