BAV şirkəti dünyada tətbiq olunan ən yeni avadanlıq və texnologiyaları Azərbaycana gətirir

BAV şirkəti dünyada tətbiq olunan ən yeni avadanlıq və texnologiyaları Azərbaycana gətirir
18:38 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc 
ABŞ-ın BAV Corporation İnc şirkəti dünyada tətbiq olunan ən yeni avadanlıq və texnologiyaları Azərbaycana gətirir.
Bu sözləri AzərTAc-a müsahibəsində Bakıda işə başlayan “Yol infrastrukturu, tikintisi və yenidən qurulmasında yeni texnologiyaların və innovasiyaların tətbiqi” mövzusunda keçirilən konfransda şirkətin prezidenti Aleksandr Baranov deyib.
“Şirkətimiz artıq 4 ildir ki, Nəqliyyat Nazirliyinin Bakıda təşkil etdiyi tədbirlərin fəal iştirakçısıdır. “Azəryolservis” ASC ilə sıx əməkdaşlıq münasibətləri qurmuşuq və təcrübəmizi bölüşürük”,-deyən A.Baranov bildirib ki, rəhbərlik etdiyi şirkət yol inşaatı sahəsində bir sıra innovativ layihələrlə bağlı təqdimat etmək niyyətindədir.
Bu siyahıya asfalt-beton və sement-beton yollarına xidmətin göstərilməsi, eləcə də əsaslı təmiri daxildir. Bununla yanaşı, yol hərəkətinin təhlükəsizliyinin təşkili sahəsində də maraqlı təkliflər irəli sürüləcək.
Müsahibim paytaxtımızla bağlı təəssüratları ilə də bölüşüb. “Hər dəfə Bakıya gələndə şəhərinizi tanıya bilmirəm. Paytaxtınız çox gözəl və bənzərsizdir. Azərbaycanlılar isə olduqca qonaqpərvərdirlər. Ölkənizdə çalışmaqdan məmnunluq duyuram”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR