Gəncə, 14 avqust, AZƏRTAC
Azərbaycan Texnologiya Universitetində (ATU) “Müştəriyə yönəlmə proqramı” adlı layihənin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində universitetin prorektoru Səbuhi Yusifov elm, təhsil və sənaye sahələri arasında əlaqələrin təmin edilməsi, Azərbaycan Texnologiya Universitetinə daxil olan tələbələrin fərdi potensialnın aşkarlanması, onların təhsil prosesində qazandıqları ixtisas bilikləri və peşə vərdişlərinin artırılması barədə söhbət açıb, məzunların ali təhsil ocağını bitirdikdən sonra peşəkar kadr kimi ölkəmizin iri sənaye və istehsaltutumlu müəssisələrində işlə təmin edilməsi məqsədilə həyata keçirilən layihənin əhəmiyyətindən danışıb.
Sonra layihə ətrafında müzakirələr aparılıb.