PKK hücum etdi: 5 ölü, onlarla yaralı

PKK hücum etdi: 5 ölü, onlarla yaralı
05:41 27 Yanvar 2015
166 Dünya
Ölkə mətbuatı
A- A+

PKK silahlıları İraqda kəndlərdən birinə hücum edərək sakinlərdən beşini öldürüb.

ANS PRESS-in məlumatına görə, İraq prezidenti köməkçisi Üsamə əl-Nuceyfi PKK terror təşkilatının kəndlərə hücum təşkil edərək, 5 nəfəri öldürdüyünü bildirib.

“Mənə gələn məlumatlara görə, PKK Sincar ilə Rabia bölgələri arasındakı Umul Xabari, Umul Səbaya və Əl-Cahiş qəbilələrinin yaşadığı üç kəndə silahlı basqın edərək 5 nəfəri öldürüb, onlarla sakini yaralayıb. Yaraqlılar çox sayda evi yandırıb, heyvanları tələf ediblər” – deyə Nuceyfi açılamasında qeyd edib.

Bundan başqa o, Mosul valisinə Şimali İraq Kürd Administrasiyasındakı təhlükəsizlik nümayəndələrinə məsələni araşdırması üçün göstəriş verib.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR