Qazaxıstanda azərbaycanlı tutuldu

Qazaxıstanda azərbaycanlı tutuldu
10:36 27 Yanvar 2015
83 Digər
Ölkə mətbuatı
A- A+

Qazaxıstanda azərbaycanlı gənc saxlanılıb. ANS PRESS-in qazax mətbuatına istinadla verdiyi məlumata görə, 22 yaşlı gənc yetkinlik yaşına çatmayana qarşı seksual dələduzluqda ittiham edilir.

Hadisə ilə bağlı polisə qızın anası müraciət edib. "Müraciət yanvarın 23-də saat 15 radələrində daxil olub. O, qeyd edib ki, binanın girişində naməlum şəxs onun 11 yaşlı qızına qarşı əxlaqsızlıq edib".

Polisin keçiridyi əməliyyat-axtarış tədbirləri nəticəsidə şübhəli şəxs saxlanılıb. Müəyyən edilib ki, 22 yaşlı Azərbaycan vətəndaşı Astanaya qonaq qismində gəlib. O, miqrasiya xidmətindən yanvarın 17-dən fevralın 14-dək ölkədə qalmaq üçün qeydiyyatdan keçib.

İndi adı açıqlanmayan bu gənc haqqında cinayət işi açılıb və o həbs edilib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=322103

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR