Axşam.az xəbər verir ki, uzun müddətdir küsülü olan ifaçılar bir araya gələrək barışığa imza atıblar.
Elza Aygün Kazımovaya “Ay və Gün” formasında çiçək dəstəsi hədiyyə edib.
Xatırladaq ki, ilk barışıq addımı dünən E.Seyidcahan tərəfindən atılıb. Əməkdar artist sosial şəbəkədə həmkarını təbrik edib, onun ünvanına təriflər yağdırıb. Müğənnilərin küsməsinə səbəb isə A.Kazımovanın məclislərdən birində kəsdiyi tortun dilimlərindən E.Seyidcahandan başqa hər kəsə verməsi olmuşdu.
Foto: Rəşad ABBASOV



