“Money Dashboard” fərdi maliyyə proqramı fond kapitalını artırıb

“Money Dashboard” fərdi maliyyə proqramı fond kapitalını artırıb
12:31 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“Money Dashboard” pul aləti – fərdi maliyyə proqramı istifadəçiyə əlavə kapitalını artırmağa imkan verir.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu proqram fond kapitalının  3,7 milyon dollar artacağına zəmanət verib, bu isə şotland startapının ötən il 8,3 milyon dollaradək artımı deməkdir.
 
“Money Dashboard” istifadəçinin bankını və kredit kartını izləməyə imkan verən pulsuz əlavə proqramdır və eyni zamanda onun xərclərini hesablamağa imkan verir. Bu, avtomatik şəkildə həyata keçirilir və onlayn hesabatda, kateqoriyalar üzrə gəlirlər və xərclərə daha aydın mənzərə əldə etməyə imkan verən “bakaleya” və “səyahətlər” bölmələrini göstərir ki, büdcəni daha effektiv planlaşdırmaq mümkün olsun.
 
Bir çox banklar özlərinə məxsus əlavə proqramlardan istifadə edir və “Money Dashboard” istifadəçiyə mərkəzi smart alət dəstəyi ilə müxtəlif bank akkauntları və kredit kartları üzərindən istifadəçinin xərclərinin birləşdirilmiş şəkildə izlənməsinə imkan verir.
 
Aynur Vəliyeva
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR