Qadını boğaraq qətlə yetirən şəxsin məhkəmə prosesi başlayıb

13:22 27 Yanvar 2015
120 Digər
Ölkə mətbuatı
A- A+

[ 27 Yanvar 2015 13:17 ]


Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Mehdiabad qəsəbəsində qadını boğaraq qətlə yetirən Səbuhi Babayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmə baxışı fevralın 3-ə təyin edilib.

 

Qeyd edək ki, qətl hadisəsi ötən ilin iyulun 26-da Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş verib. Məlahət Rəsulovanın yaşadığı evdə yanğın olub və yanğın söndürüldükdən sonra onun meyiti tapılıb.

 

Abşeron rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məlahət Rəsulovanı evində boğaraq qətlə yetirmiş rayon sakini, əvvəllər məhkum olunmuş Səbuhi Babayev tutulub.

 

Araşdırmalar zamanı Məlahət Rəsulovanın boğulma yolu ilə qətlə yetirilməsi və evinin yandırılması müəyyən edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR