Praqa, 21 avqust, AZƏRTAC
Çexiya hökumətinin iclasında “Pandur” markalı 20 ədəd komanda-qərargah və birləşdirici zirehli transportyorları alınması məsələsi müzakirə edilib. Bu sifarişin dəyəri təqribən 1,3 milyon krona (46,5 min avro) bərabərdir.
Ölkənin müdafiə naziri Martin Stropnitski Nazirlər Kabinetinin iclasından sonra bu barədə məlumat verərək bildirib ki, hazırda Çexiya ordusunda 107 analoji maşın var. 2017-2020-ci illərdə ordu 20 ədəd yeni zirehli transportyor alacaq.
Stropnitski vurğulayıb ki, 2006-cı ildə edilmiş təklifdən fərqli olaraq bu dəfə zirehli transportyorlar ucuz alınacaq. Xatırladaq ki, 2006-cı ildə bu döyüş maşınlarının süni şəkildə artırılmış qiymətə alınması sonradan müvafiq araşdırma aparılmasına səbəb olub.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa