Abşeron rayonunda avtomobil ana və oğlunu vuraraq öldürüb

16:07 27 Yanvar 2015
111 Digər
Ölkə mətbuatı
A- A+

[ 27 Yanvar 2015 16:03 ]


 

Bakı. Fuad Cəfərov -APA. Abşeron rayonunda iki piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 26-da saat 18 radələrində Abşeron rayonunun Sulutəpə qəsəbəsində Gədəbəy rayon sakini Anar Əsgərov idarə etdiyi “Daevoo” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Vüsalə Qəmbərovanı və onun oğlu Vaqifi vurub. Xəstəxanaya yerləşdirilən V.Qəmbərova və Vaqif orada dünyasını dəyişib.
 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370545

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR