Ötən gün əməkdar artist Elza Seyidcahanın qızı Gülşənin toyunda müğənni Nadir Qafarzadə ilə aparıcı-aktyor Sərxan Kərəmoğlu arasında qalmaqal yaşanıb. Lent.az-ın məlumatına görə, gecədə qonaq kimi qatılan müğənni və aparıcı arasında mübahisəsi olub. Belə ki, məclisin aparıcısı səhnəyə müğənni Nadir Qafarzadəni dəvət edib. Səhnəyə qalxan Nadir Qafarzadəyə Sərxan Kərəmoğlu “Nadir, oxu”. Aktyorun bu sözləri isə N.Qafarzadənin xoşuna getməyib. O, S.Kərəmoğluna “Çaşma, mənə heç kəs əmir edə bilməz” deyərək cavab verib. İfasını bitirdikdən sonra müğənni məkanı tərk edib.