Play Store

Xalq artistinin bacısı: "Nuriyyəni gərək öz evimə aparım..."

Xalq artistinin bacısı: "Nuriyyəni gərək öz evimə aparım..."
17:01 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Bir neçə gün əvvəl reanimasiyaya yerləşdirilən xalq artisti Nuriyyə Əhmədovanın vəziyyəti dünən ağırlaşıb.

Aktrisanın bacısı Maya xanım ANS PRESS-ə açıqlamasında bildirib ki, Nuriyyə xanımın təzyiqi anidən yüksəlib. Həkimlərin müdaxiləsi ilə aktrisanın səhhətindəki problem aradan qaldırılıb. Hazırda xalq artistinin vəziyyəti stabildir".

Maya xanım bacısının ümumi reanimasiya şöbəsindən iki nəfərlik reanimasiya otağına köçürüldüyünü deyir: "Sağ olsun həkimlər, nə lazımdırsa edirlər. Bacım yavaş-yavaş yaxşılaşsa da, yüksək təzyiq problemi təhlükəsi hər an ola bilər. Həyəcan, əsəb, stress qətiyyən olmaz. Həkimlər çox danışmağa icazə vermirlər".

Evsiz xalq artisti son zamanlar rəfiqəsi jurnalist Sədaqət Kamalın evində yaşayırdı. Təcili Tibbi Yardım xidməti aktrisanı məhz jurnalistin evindən xəstəxanaya aparmışdı.

"Xəstəxanadan çıxandan sonra ya mən, ya da Sevil bacım öz evimizə aparacağıq. Bacısıyıq, qulluğunda durmalıyıq".

Xatırladaq ki, xalq artisti Nuriyyə Əhmədova 23 yanvara keçən gecə saat 03 radələrində beyin-qan dövranı pozğunluğu diaqnozu ilə Əjdər Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Aktrisanın rəfiqəsi, jurnalist Sədaqət Kamal ANS PRESS-ə açıqlamasında, Nuriyyə Əhmədovanın vəziyyətinin gecə saat 3 radələrində pisləşdiyini bildirib: "Gecə saat 3-də nəvəsi (dünyasını dəyişmiş qızının oğlu) qışqırıb məni çağırdı. Otağa girəndə gördüm ki, Nuriyyə yıxılıb yerə. Tez təcili tibbi yardım çağırdıq. Həkimlər yüksək təzyiq diaqnozu qoydular və təcili xəstəxanaya apardılar. Dəqiq deyə bilmərəm, deyəsən insult keçirib. Bir müddətdən sonra mənə zəng vurub Məlikov xəstəxanasına apardıqlarını bildirdilər".

Aktrisanın həkimi Fərəh Vəliyeva xalq artistinin yüksək qan təzyiqi ilə xəstəxanaya yerləşdirildiyini bildirib: "Xəstədə hipertonik işemik həmlə olub keçib. Xəstə qəbul ediləndə loru dillə desək, insult öncəsi vəziyyət müşahidə edildiyindən dərhal reanimasiyaya yerləşdirilib. Xəstənin vəziyyətinə uyğun olaraq bütün müayinələrdən keçirdik. Nevropotoloq MRT müayinəsi təyin etdi və bu müayinənin nəticəsi Nuriyyə xanımın insult keçirmədiyini göstərdi. Analizlərinin cavabı da ciddi patologiyanın olmadığını görürük. Vaxtında kömək göstərildiyindən insultun qarşısı alınıb. Hazırda vəziyyəti stabil olsa da, reanimasiyadadır".
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=322187

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR