x
Loading...

Azərbaycanda builki yanvarı "ən isti yanvar" hesab etmək olarmı?

Azərbaycanda builki yanvarı "ən isti yanvar" hesab etmək olarmı?
17:08 27 Yanvar 2015
316 Sosial
Ölkə mətbuatı
A- A+
.

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda əvvəlki illərin yanvar ayında bu ilin yanvar ayından da yüksək temperatur qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, son illərdə ən isti yanvar ayı 2004-cü ildə, ən soyuq yanvar ayı isə 2008-ci ildə olub. 2008-ci ilin yanvar ayında Bakıda havanın minimal temperaturu 9 dərəcə şaxta (yanvarın 8-də) olub. Həmin il havanın orta aylıq temperaturu iqlim normasından 3 dərəcə aşağı olub.

2004-cü ildə Bakıda maksimal temperatur 16 dərəcə isti olub.

A.Verdiyev deyib ki, əvvəlki illərdə yanvarda Bakıda ən yüksək temperatur 2007, 2010, 2013-cü illərdə qeydə alınıb. Həmin illərdə Bakıda yanvar ayında maksimal temperatur 19-20 dərəcə isti olub. Ancaq ümumilikdə yanvar ayı ərzində ən yüksək temperatur 1979-cu ildə olub. Həmin ildə Bakıda 22,3 dərəcə isti qeydə alınıb.

Onun sözlərinə görə, bu ilin yanvar ayında ən yüksək temperatur 15 dərəcə isti olmaqla yanvarın 7-də qeydə alınıb. Ancaq ümumən bu il Bakıda yanvar ayının 8-9-u istisna olmaqla, hava şəraiti nisbətən mülayim keçib.

Hidrometeoroloji Proqnozlar Bürosunun rəsmisi yanvarın son günlərində hava şəraitində kəskin dəyişikliyin gözlənilmədiyini də söyləyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2357722.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR