Aparıcı Mətanət Əliverdiyeva canlı yayımda müğənni Nura Suriyə dəstək olub.
Milli.Az atvxeber.az-a istinadən məlumat verir ki, ifaçı xəstə olduğu üçün normal canlı ifa edə bilməyib. Ancaq aparıcının sözünü yerə salmayan N.Suri bir bənd canlı ifa edib. İfaçının səsləndirdiyi mahnı bir o qədər də bəyənilməyib. Bu barədə aparıcı Mətanət Əliverdiyeva belə açıqlama verib: "O gün Nura xəstə idi, mənim sözümü yerə salmayıb, canlı ifa etdi. Nuraya demək istəyirəm ki, səbrli olsun, hər şey yaxşı olacaq".

Milli.Az