APA TV təqdim edir: Son ümid (sənədli film)

APA TV təqdim edir: Son ümid (sənədli film)
17:34 27 Yanvar 2015
324 Sosial
Ölkə mətbuatı
A- A+

APA TV-də “Son ümid” sənədli filminin istehsalatı başa çatıb. Filmin süjet xətti Bakının Sabunçu rayonunda yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə alan insanların həyat hekayələri əsasında qurulub. Müalicəsi başa çatmış bu insanların cəmiyyətə yenidən adaptasiyasını əngəlləyən çətinliklər qəhrəmanların dili ilə tamaşaçıya çatdırılır. Onlar sağalsalar belə ailələri tərəfindən qəbul edilməyən, ömürləri taleyin hökmünə buraxılan, lakin son ümidləri üzülməyən insanlardır. Qəhrəmanların başına gələnlər, onların həyatın müxtəlif dövrlərində üzləşdikləri çətinliklərə reaksiyaları həkim-psixiatrın şərhləri ilə əsaslandırılır və izah olunur. Ömrünün bir hissəsini həkim psixiatrların nəzarəti altında müalicəyə sərf edən bu insanların son ümid yeri cəmiyyətin onlara qeyri-adekvat münasibətinin dəyişməsidir. Yalnız belə olan təqdirdə bu pasiyentlərin yenidən cəmiyyətə qazandırılması, ailələri tərəfindən qəbul edilməsi mümkün olacaq.

Filmdə sosiallaşma prosesində cəmiyyətin bütün tərəflərinin iştirakının vacibliyi ideyası ön plana çıxarılır, insanları cəmiyyətə qazandırmağın birtərəfli proses olmadığı, bu işdə hər bir vətəndaşın üzərinə sosial məsuliyyət düşdüyü təlqin edilir. 35 dəqiqəlik sənədli filmin ssenari müəllifi Almaz Qasımova, rejissoru Əli Hüseynovdur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191641

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR