Bakı, 26 avqust, AZƏRTAC
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev avqustun 29-da Qubada Qusar, Xaçmaz və Quba rayonlarından olan vətəndaşları qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, vətəndaşların qəbulu saat 11-dən etibarən Heydər Əliyev Mərkəzində (Ünvan: Quba şəhəri, H.Əliyev prospekti) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün nazirliyin office@economy.gov.az elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin nazirliyin Quba-Xaçmaz regional bölməsi (Ünvan: Xaçmaz şəhəri, Bakı prospekti, 45, əlaqələndirici şəxs Mətləb Cəfərov, əlaqə telefonu: (050) 235-01-50, (02332) 6-83-16, faks: (02332) 6-83-16, elektron poçt ünvanı: matlab.cafarov@economy.gov.az) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.