Axşam.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, dərgi bu dəfə ən çox qazanan diceylərin siyahısını hazırlayıb.
İlk yeri məşhur aktrisa və müğənni Teylor Sviftin sevgilisi Kelvin Harris tutub. Artıq üç ildir “Ən çox qazanan dicey” seçilən Kelvin 2015-ci ildə 66 milyon dollar gəlir əldə edib.
İkinci yerdə isə Devid Qettadır. O, bu il 37 milyon dollar qazanıb.
Siyahıda yer alan digər adlar isə aşağıdakılardır:
Tiesto – 36 milyon dollar
Skrilleks – 24 milyon dollar
Stiv Aoki – 24 milyon dollar
Aviçi – 19 milyon dollar
Kaskade - 18 milyon dollar
Martin Qarriks – 17 milyon dollar
Zedd – 17 milyon dollar
Afrocek – 16 milyon dollar
