Məktəblilərin Fənn Olimpiadalarının respublika mərhələsinə 3535 şagird vəsiqə qazanıb

18:22 27 Yanvar 2015
129 Digər
Ölkə mətbuatı
A- A+

[ 27 Yanvar 2015 18:17 ]


Bakı. Könül Kamilqızı - APA. Məktəblilərin Fənn Olimpiadalarının rayon-şəhər mərhələsi yekunlaşıb.

 

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, olimpiadanın rayon-şəhər mərhələsində 21 183 şagird iştirak edib.

 

Yekun nəticələrə əsasən, Azərbaycan dili fənni üzrə 740, tarix fənni üzrə 715, coğrafiya fənni üzrə 671, biologiya fənni üzrə 452, fizika fənni üzrə 393, riyaziyyat fənni üzrə 334, kimya fənni üzrə 151, informatika fənni üzrə isə 79 şagird uğur əldə edib. Bununla da, bütün fənlər üzrə 3535 şagird respublika mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ qazanıb.

 

Qeyd edək ki, olimpiadaların respublika mərhələsinin yarımfinal turu mart ayında zonalar üzrə keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370577

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR