Hacıqabul, 27 avqust, Mahir Babayev, AZƏRTAC
Hacıqabulun Meyniman kənd sakini Namiq Dostəliyevin əkdiyi üzüm planstasiyasında bol məsul yetişib. Gənc fermer dörd il bundan əvvəl üzüm planstasiyası salmaq niyətində olduğunu bildirəndə həmkəndliləri onu qınadılar. Çünki Hacıqabulda təsərüfatın bu sahəsini inkişaf etdirməyin mümkün olacağına heç kim inanmırdı.
Buna baxmayaraq, gənc fermer 10 hektar torpaq sahəsi icarəyə götürərərk orada “Ağadayı”, “Dərbəndi”, “Ağ və qara şanı” kimi üzüm tingləri əkib becərdi.
Dörd illik zəhmət isə hədər getməyib, sahələrdə bol nübar məhsul yetişib. Fermer Natiq Dostəliyev AZƏRTAC-a müsahibəsində deyib: Yetişmiş üzüm salxımlarına baxanda özüm də inamıram ki, Hacıqabulda üzüm plantasiyası salıb bol məhsul götürmək olarmış. İndi bunun reallıq olduğunu görüb sevinirəm.
Artıq bir neçə gündür ki, üzüm sahəsində məhsul yığımına başlanılıb. Fermerin dediyinə görə, plantasiyadan 50 tondan çox məhsul götürmək mümkün olacaq. İndiyədək üzüm sahəsindən 15 tondan çox məhsul yığılıb. Yığımın ilk mərhələsi göstərir ki, plantasiyadan gözlənilən qədər üzüm götürmək mümkün olacaq.