Yığma komandanın qapıçısı xərçəngə məğlub oldu

18:49 27 Yanvar 2015
321 İdman
Ölkə mətbuatı
A- A+

Nigeriya yığmasının xərçəng xəstəliyindən əziyyət çəkən keçmiş qolkiperi Vilfred Agbonavbare uzun müddət əziyyət çəkdiyi xəstəlikdən vəfat edib.

 

Lent.az-ın "fanatik"ə istinadən verdiyi məlumata görə, 48 yaşlı mərhum çərçivə qoruyucusu xərçəngə mübarizə apardığı zamanlar idman dünyasından maddi dəstək istəmişdi. Bir vaxtlar Nigeriya milli komandasının əsas üzvü olan Vilfred karyerasını “Ne Nigeriya Bank”da başlayıb. Bundan sonra ingilis klubu “Brentdord”da legioner həyatına start verib. Futbolçunun legioner karyerasının ən uğurlu illəri 6 il şərəfini qoruduğu İspaniya klubu “Rayo Valekano”da olub. O, milli komandası ilə birlikdə 1994-cü ildə Afrika Millətlər Kubokuna sahib çıxıb, həmçinin də Amerikada keçirilən dünya çempionatında ikinci tura qədər yüksəlib. Futbolçu karyerasını bitirdikdən sonra isə “Koslada”nın qapıçılar üzrə məşqçisi funksiyasını yerinə yetirib. Ötənillərin məşhur qapıçısı maddi problemlər səbəbi ilə Barajas hava limanında daşıyıcı işini görüb. Onun son istəyi Nigeriyada olan övladlarını görmək olub. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191650

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR