“Azərikimya” İB-də ekoloji məsələlərin həlli diqqət mərkəzindədir

“Azərikimya” İB-də ekoloji məsələlərin həlli diqqət mərkəzindədir
19:08 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 27 yanvar, AzərTAc 
2014-cü ildə də SOCAR-ın “Azərikimya” İB-nin ekoloji siyasətinin əsas tərkib hissəsi olaraq ətraf mühitin sağlamlaşdırılması, atmosferə, su hövzələrinə, yerin təkinə çirkləndirici maddələrin atılmasının qarşısının alınması və ekoloji tarazlığın bərpası istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib.
Şirkətin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, “Azərikimya” İB-nin Etilen-polietilen zavodunun qaz və maye karbohidrogenlərinin qazlaşdırılması, sıxılması sexinin neft məhsullarının saxlanması parkında korroziyaya uğradığından uzun illərdən bəri istismarı dayandırılıb. Eyni zamanda 10 ədəd müxtəlif ölçülü tutum demontaj olunub.
Ərazidən metal və beton qalıqları kənarlaşdırılıb, neft məhsulları ilə çirklənmiş 8500 kubmetrə yaxın torpaq bioremediasiya üsulu ilə təmizlənib. Həmin sahədə yaşıllaşdırma işləri aparılıb.
Ekologiya məsələlərinin həllinə xüsusi diqqət yetirilən “Azərikimya” İB-də bu istiqamətdəki işlər 2015-ci ildə də planlı şəkildə davam etdiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerikimya_IB_de_ekoloji_meselelerin_helli_diqqet_merkezindedir-827879

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR