Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

11:02 27 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 27 Dekabr 2014 11:00 ]

Bakı. Musa Əhmədov – APA-Economics. Bu gün axşam saat 22:00-dan etibarən Heydər Əliyev prospektinin Böyükşor yol qovşağı adlanan hissəsindən “Ramstore” yol qovşağına qədər nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. 

 

Bu barədə “APA-Economics”ə  Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib. Onun sözlərinə görə, məhdudlaşdırma yolun hərəkət hissəsində üfüqi nişanlanma işi ilə bağlıdır.

 

Nişanlanma işinin bir neçə saat ərzində yekunlaşacağı bildirilir. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367469

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR