Müsabiqənin rayon-şəhər mərhələsi başa çatıb

Müsabiqənin rayon-şəhər mərhələsi başa çatıb
20:23 27 Yanvar 2015
192 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 27 yanvar, AzərTAc 
47-ci Beynəlxalq Kimya Olimpiadasında iştirak edəcək Azərbaycan milli komandasına namizədlərin seçilməsi üzrə müsabiqənin rayon-şəhər mərhələsi başa çatıb.
Təhsil Nazirliyindən AzərTAc-a bildiriblər ki, bu mərhələdə ümumilikdə X və XI siniflər üzrə 1.472 şagird iştirak edib. Müsabiqənin nəticələrinə əsasən, 684 şagird zona mərhələsində iştirak hüququ qazanıb.
Müsabiqənin zona mərhələsinin keçirilmə tarixi yaxın günlərdə Təhsil Nazirliyi tərəfindən elan olunacaq. Zona mərhələsinin təşkilat komitəsi tərəfindən müəyyən edilmiş mərkəzlərdə keçirilməsi nəzərdə tutulur. Mərkəzlər respublikanın müxtəlif bölgələrində yerləşən ümumi təhsil müəssisələri arasından seçiləcək.
Zona mərhələsində iştirak edəcək şagirdlər ilk mərhələnin nəticələrinə əsasən, təşkilat komitəsinin qərarı ilə müəyyənləşdiriləcək. Bu mərhələdə suallar nisbətən çətinləşdirilmiş qapalı test və açıq tipli formatda hazırlanacaq. 30 sualın cavablandırılması üçün şagirdlərə 4 saat vaxt ayrılacaq.
Seçim turunun respublika mərhələsi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında keçiriləcək. Bu mərhələdə iştirak edəcək şagirdlər də zona mərhələsinin nəticələri nəzərə alınmaqla, təşkilat komitəsinin qərarına əsasən müəyyənləşdiriləcək. Şagirdlər 20 çətinləşdirilmiş qapalı testi və açıq tipli sualları cavablandıracaqlar.
Xatırladaq ki, 80 ölkədən 300-dən artıq məktəblinin iştirak edəcəyi 47-ci Beynəlxalq Kimya Olimpiadası iyulun 20-dən 29-dək Bakıda keçiriləcək. Beynəlxalq Kimya Olimpiadası ilk dəfə 1968-ci ildə beş ölkənin iştirakı ilə Çexoslovakiyada (indiki Çexiyada) keçirilib. 2013-cü ildə keçirilmiş 46-cı olimpiada 75 ölkədən 300 şagirdin iştirakı ilə Vyetnamın Hanoy şəhərində təşkil edilib. Azərbaycan məktəbliləri bu olimpiadada 2002-ci ildən iştirak edirlər. Bu günədək onlar 5 qızıl, 5 gümüş, 14 bürünc olmaqla, ümumilikdə 24 medal qazanıblar.
47-ci Beynəlxalq Kimya Olimpiadasının rəsmi internet saytı (http://icho2015.msu.az/) istifadəyə verilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Musabiqenin_rayon_seher_merhelesi_basa_chatib-827906

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR